Ordu.az TASS informasiya agentliyinə istinadən xəbər verir ki, bu barədə İran Məclisinin milli təhlükəsizlik və xarici siyasət komitəsinin rəhbəri Alaəddin Borudcərdi bəyan edib.
“Biz uzun illər ərzində hərbi-texniki sahədə əməkdaşlıq həyata keçirmişik. Xüsusilə də, Tehran Rusiyadan S-300 komplekslərini alıb. Bu həqiqətən də hərbi-texniki əməkdaşlıq sahəsində əhəmiyyətli an idi. Hərbi-texniki əməkdaşlıq sahəsində yeni silah təchizatı ilə bağlı məsələləri hərbçilər həll etməlidir. Siyasi baxımdan bu məsələdə heç bir maneə yoxdur”, - deyə Borudcerdi bildirib.
Ölkələrin ümumiyyətlə müdafiə sahəsindəki əməkdaşlığı barədə sualı cavablandırarkən isə Məclis komitəsinin rəhbəti diqqəti Suriyada iki ölkənin birgə əməkdaşlığına yönəldib.
“Bizim Dəməşqdə birgə əməliyyat qərargahımız olub və iki ölkənin hərbçiləri orada ünsiyyət qurur, fikir və informasiya mübadiləsi aparırdılar. Odur ki, iki ölkənin hərbi sahədə əməkdaşlığının əsas məqamının məhz Suriya hadisələri ilə əlaqədar olduğunu düşünürəm”, - deyə Borudcerdi qeyd edib.
Ağalar Qəribov
Ordu.az