Hindistan “Akash” raketinin yeni versiyasının sınaqlarını keçirib

2017/12/AWXBbbW345345_1512541319.jpg
Oxunub: 496     14:19     06 Dekabr 2017    
Hindistan yeni özütuşlanan sistemlə təchiz edilən “Akash” zenit raketinin yeni versiyasını uğurla sınaqdan keçirib.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə NDTV telekanalı məlumat yayıb.

Sınaqlar dekabrın 5-i Hindistanın şərqində yerləşən Odişa ştatında keçirilib.

Bu uğurlu sınaq Hindistanın “yer-hava” tipli istənilən raket növünün yaradılması imkanına çatdığını təsdiq etdi”, - deyə telekanal Hindistan Müdafiə Nazirliyindən olan adı açıqlanmayan mənbəsinin fikirlərini sitat gətirir.

Sınaq zamanı raketin “Banşi” pilotsuz idarəolunan hədəfini məhv etdiyi bildirilir.

Qeyd edək ki, “Akash” zenit raket kompleksi 18 kilometrədək yüksəklikdə və 30 kilometrədək uzaqlıqda olan hədəfləri məhv etmək üçün nəzərdə tutulub.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Akash   ZRK  


Bizi "telegram"da izləyin