Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Ərəb Dövlətləri Liqasının baş katibi Əhməd Əbul-Geyt Yəmənin keçmiş prezidenti Əli Əbdulla Salehin öldürülməsini şərh edəkrən bildirib.
“Salehin necə öldürülməsi bu qruplaşmaların cinayətkar xarakterini və onların hər hansı humanist dəyərlərə sahib olmadıqlarını göstərir. Bu qruplaşmalar Yəməndə 2014-cü il çevrilişindən sonra baş verənlərdə günahkardır”, - deyə ƏDL baş katibi bəyan edib.
Əbul-Geytin fikrincə, husi qruplaşması Yəməndə müharibəyə son verə biləcək bütün güzəştlərdən imtina edib.
“Husilər Yəmən xalqını özlərinə tabe etdirmək, onun bütün var-dövlətini mənimsəmək istəyirlər”, - deyə Əbul-Geyt vurğulayıb.
Ağalar Qəribov
Ordu.az