Ordu.az xəbər verir ki, bu barədə Rusiya KİV-ləri məlumat yayıb.
“Suriya rejimi və Rusiya Federasiyası İŞİD-in məhvinə dair ciddi yanaşma və ya məsuliyyət nümayiş etdirməyib. Onlar İŞİD-ə qarşı əməliyyatların yalnız kiçik hissəsini həyata keçiriblər, İraq və Suriyada azad edilən ərazilərin böyük hissəsi qlobal koalisiya və onun müttəfiqlərinin səyləri sayəsində azad edilib. Qlobal koalisiya Suriyada yerli qüvvələri dəstəkləməyə və İŞİD-in məhvini sonlandırmağa, azad edilmiş əraziləri stabilləşdirməyə davam edəcək ki, bütün bunlar isə suriyalı qaçqın və məcburi köçkünlərə öz evlərinə qayıtmağa şərait yaradacaq”, - deyə Pentaqon nümayəndəsi Erik Pexon bildirib.
Qeyd edək ki, daha öncə Rusiya Müdafiə Nazirliyi Suriyada Fəratın şərq sahillərinin idarə edilməsi üzrə Komitənin ilk iclasının keçirilməsi, buraya Rusiya ordu qruplaşmasının da dəvət edilməsi barədə xəbər verib.
Ağalar Qəribov
Ordu.az