Rusiya XİN: Rusiya ABŞ-la əlaqələrin normallaşdırılmasına çalışır

2017/12/456456_1512475355.jpg
Oxunub: 346     19:59     05 Dekabr 2017    
“Rusiya ABŞ-la əlaqələrin normallaşdırılması üçün səylər göstərməyə davam edir”.

Ordu.az “RİA Novosti” agentliyinə istinadən xəbər verir ki, bu barədə Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov bəyan edib.

“Vəziyyət yetərincə qəliz və ağırdır... Öz tərəfimizdən biz səbrli və davamlı şəkildə bütün əlaqə qurduğumuz hallarda amerikalı həmkarlarımıza riayət edilməsin gərəkən konkret fundamental prinsiplərin olmasını izah etməyə çalışırıq. Bu prinsiplər arasında mən bərabərhüquqluluq və hər iki tərəfin maraqlarının nəzərə alınmasını fərqləndirərdim. Bu prinsiplərə riayət etmədən əlaqələrin sağlamlaşdırılması, mövcud olduğu böhrandan çıxarılması sadəcə olaraq mümkün deyil”, - deyə Ryabkov Rusiya İctimai Palatasında çıxış edərkən bildirib.

Onun sözlərinə görə, Amerika elitasının əhəmiyyətli hissəsi Trampın hakimiyyətə gəlməsi ilə barışmağa hazır deyil və Rusiya ilə münasibətlər daxili siyasi mübarizə üçün alət qismində istifadə olunur.

“Hərçənd ki, bu prosesin əlaqədar olduğu isteriyanın səviyyəsi daha öncə baş verənlərlə müqayisədə aşağı düşüb”, - deyə Ryabkov qeyd edib.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   ABŞ  


Bizi "telegram"da izləyin