NYT: “Patriot” kompleksi husilərin raketlərini vurmaq iqtidarında deyil

2017/12/1512451709_1345345_1512461765.jpg
Oxunub: 481     16:14     05 Dekabr 2017    
Səudiyyə Ərəbistanı hava hücumundan müdafiə sistemlərinin noyabr ayında ölkənin paytaxtı Ər-Riyad istiqamətinə uçan husilərin atdığı raketi məhv evməsi barədə bəyanatı yalan ola bilər.

Ordu.az xəbər verir ki, bu barədə “New York Times” nəşri bəyan edib.

Noyabr ayının əvvəllərində Ər-Riyadın şimal-şərqində Səudiyyə Ərəbistanının ABŞ istehsalı olan “Patriot” kompleksinin Yəmən ərazisindən husilərin atdığı raketi məhv etməsi barədə məlumat yayılıb. Donald Tramp bu xəbəri şərh edərkən bildirib ki, ABŞ dünyada ən yaxşı silahları istehsal edir və bir çox ölkələr bu silahları alır.

Lakin “New York Times” nəşri foto və video materialların analizi əsasında raketin hava hücumundan müdafiə zonasını keçərək Ər-Riyad hava limanı yaxınlığında partlaması qənaətinə gəlib. Nəşr qeyd edir ki, aşkarlanan qalıqlar döyüş başlığı elementlərini əks etdirmir. Mümkündür ki, uçuş zamanı döyüş başlığı raketdən ayrılıb və yalnız bundan sonar raket hava hücumundan müdafiə sistemi tərəfindən məhv edilib.

Nəşr, həmçinin şahidlərin fikirlərinə də istinad edir. Partlayış yerindən peyk şəkillərində də hava limanı ərazisində tüstü görünür.

Yazının müəllifi daha öncə Vaşinqtonun “Patriot” barədə dediyi fikirləri “aşırı qiymətləndirmə” adlandırır. Fars körfəzində müharibə zamanı isə, Pentaqon “Patriot”un 100 faizlik dəqiqliklə İraqın Sovet istehsalı olan R-17 raketlərini məhv etməsini bildirirdi. Lakin son araşdırmalar raketlərin zərərsizləşdirilməsi üzrə demək olar ki, bütün cəhdlərin uğursuzluqla nəticələndiyini göstərir.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Patriot   Husilər  


Bizi "telegram"da izləyin