Türkiyə İraqın şimalında 36 PKK obyektini məhv edib

2017/12/345345345_1512458040.jpg
Oxunub: 477     15:12     05 Dekabr 2017    
İraqın şimalında keçirilən hava əməliyyatı çərçivəsində Türkiyə Hərbi Hava Qüvvələri PKK terrorçularına məxsus 36 obyekti məhv edib.

Ordu.az “Daily Sabah” nəşrinə istinadən xəbər verir ki, bu barədə Türkiyə Silahlı Qüvvələrinin mətbuat xidməti məlumat yayıb.

Məlumata əsasən, əməliyyat İraqın şimalında yerləşən Asos rayonu ərazisində keçirilib. Əməliyyat çərçivəsində PKK terrorçularının sığınacaq və tunelləri məhv edilib.

Qeyd edilir ki, əməliyyatın uğurla tamamlanmasından sonra əməliyyata cəlb edilən qırıcı və PUA-lar öz bazalarına qayıdıb.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   PKK   İraq  


Bizi "telegram"da izləyin