ABŞ-ın növbəti onillikdə müdafiə xərcləri rekord göstəricini ötəcək

2017/12/1509418602345345_1512457873.jpg
Oxunub: 462     15:08     05 Dekabr 2017    
ABŞ prezidenti Donald Trampın Silahlı Qüvvələri gücləndirmək planı növbəti onillikdə müdafiə xərclərinin 1980-ci illərdə qeydə alınan rekord göstəricisini ötməsi ilə nəticələnəcək.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Konqresin Büdcə İdarəsinin hesabatında bildirilir.

“Konqresin Büdcə İdarəsinin hesablamalarına görə, 2018-ci ildən sonrakı zaman ərazində adminstrasiyanın Silahlı Qüvvələrə dair məqsədi xərclərin stabil şəkildə artmasına gətirib çıxaracaq və 2027-ci ildə baza büdcəsi 688 milyard dollara çatacaq. Bu isə 1980-ci illərdəki xərclərdən 20 faiz daha çoxdur”, - deyə hesabatda qeyd edilib.

Hesabata əsasən, xərclərin artmasını eyni anda bir neçə amil şərtləndirir. Bu siyahıya daxil olan əsas amillər Silahlı Qüvvələrin sayının 2027-ci ilədək 1 milyon 2 yüz min nəfərə qədər artırılması, hərbi gəmilərin 279-dan 355-ə yüksəldilməsi, Hərbi Hava Qüvvələri bölmələrinin 55-dən 60-a qaldırılması, həmçinin dəniz piyadaları korpusunun hərbçi sayının mümkün çoxaldılması planlarıdır.

Xatırladaq ki, yanvar ayında Ağ Ev prezident Donald Trampın Silahlı Qüvvələrinin sayının azaldılmasını dayandırmaq və Amerika Silahlı Qüvvələrinin qüdrətini bərpa etmək istəyi barədə bəyanat yayıb.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Müdafiə-xərcləri  


Bizi "telegram"da izləyin