Tramp və Makron İraq böhranını müzakirə ediblər

2017/12/1509787436234534_1512455096.jpg
Oxunub: 378     14:23     05 Dekabr 2017    
ABŞ və Fransa prezidentləri Donald Tramp və Emmanuel Makron İraq böhranının tənzimlənməsi yollarını müzakirə ediblər.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Ağ Evin bəyanatında bildirilir.

“Prezident Donald Tramp bu gün Fransa prezidenti Emmanuel Makronla danışıb. Prezidentər dialoq yolu ilə İraq və regional Kürdüstan rəhbərliyi arasında danışıqların aparılmasının zəruriliyini qeyd ediblər”, - deyə bəyanatda vurğulanıb.

Ağ Ev ABŞ və Fransanın müttəfiq kimi sıx əlaqələrə malik olduğunu, Yaxın Şərq və Şimali Afrikada stabilliyin bərpası üçün də tərəfdaşlıq edəcəklərini təsdiq edib.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İraq-böhranı   ABŞ-Fransa  


Bizi "telegram"da izləyin