Misirdən İsrailin cənubuna raket zərbəsi endirilib

2017/12/147679944245646_1512452946.jpg
Oxunub: 405     13:47     05 Dekabr 2017    
Misirin sərhədyanı ərazilərindən İsrailin cənubuna doğru iki raket atılıb.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə İsrail ordusunun rəsmi saytında bəyan edib.

“Bir müddət öncə Sinay yarımadası ərazisindən Eşkol ragional şurası istiqamətinə raket atılıb”, - deyə məlumatda bildirilir.

Məlumatın yazılmasından az sonra isə ikinci raketin də atılması barədə məlumat yerləşdirilib.

Qeyd edək ki, Misirin İsraillə sərhədyanı ərazilərində “Vilayət Sinay” qruplaşması fəaliyyət göstərir. “Vilayət Sinay” İŞİD terror qruplaşmasının bir qolu hesab edilir.

Əlavə məlumat üçün qeyd edək ki, bu, cari il ərzində Misir tərəfindən İsrail ərazisinə atılan ən azı üçüncü raket zərbəsidir.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Misir   İsrail   İŞİD  


Bizi "telegram"da izləyin