MKİ rəhbəri: Səudiyyə və İsrail ortaq hərbi qərargah qura bilər

2017/12/408804381556456_1512404108.jpg
Oxunub: 481     20:43     04 Dekabr 2017    
“Səudiyyə Ərəbistanı Yaxın Şərqdəki münaqişələrin aradan qaldırılması üçün İsraillə birbaşa əməkdaşlıq edir və tərəflər birgə qərargah quracaq qədər yaxınlaşa bilərlər”.

Ordu.az “presstv.com” saytına istinadən xəbər verir ki, bu barədə MKİ-nin rəhbəri Mayk Pompeo bildirib.

Reyqan Milli Müdafiə Forumunda çıxış edən Pompeo deyib ki, İŞİD, İran və “uğursuz dövlətlər” həm Səudiyyə Ərəbistanı, həm də İsrail üçün problem olaraq qalmaqdadır. Buna görə də tərəflər sıx əməkdaşlıq etməlidirlər.

“Biz Səudiyyə Ərəbistanının terrorizmə qarşı İsraillə birgə mübarizə apardığını görmüşük. Əgər biz iki dövlətin əməkdaşlığını gücləndirməyə davam etsək, körfəz dövlətləri və ümumilikdə, Yaxın Şərq daha təhlükəsiz regiona çevrilər.

Səudiyyə Ərəbistanının İsrailə yaxınlaşması Yəməndəki dağıdıcı müharibənin başlanmasından sonra baş verib.

Məlumat üçün qeyd edək ki, Ərəb dövlətlərindən sadəcə ikisinin - Misir və İordaniyanın rəsmi Təl-Əvivlə diplomatik əlaqələri mövcuddur.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: MKİ   Yaxın-Şərq  


Bizi "telegram"da izləyin