Britaniya Balkan yarımadasında hərbi əlaqələrini gücləndirir

2017/12/1456456_1512389306.jpg
Oxunub: 449     20:05     04 Dekabr 2017    
Böyük Britaniya Silahlı Qüvvələrinin rəisi müdafiə sahəsində keçmişdə olanları xatırlamaq və gələcək əməkdaşlığı müzakirə etmək məqsədilə Serbiyanı ziyarət edib.

Ordu.az “Wired.gov” saytına istinadən xəbər verir ki, Mark Lankaster on ildən uzun müddət ərzində Serbiyaya gələn ilk britaniyalı Silahlı Qüvvələr rəisidir.

“Balkanların qərbi Avropanın təhlükəsizliyi və sabitliyi baxımından önəmli ərazidir. Birləşmiş Krallıq Serbiya Silahlı Qüvvələrini dəstəkləməkdə aparıcı rol oynayır. Bizim əlaqələrimiz tarixidir. Birinci Dünya Müharibəsi zamanı Serbiya ilə çiyin-çiyinə vuruşmağımızdan 100 il ötür”, - deyə Lankaster bildirib.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər:


Bizi "telegram"da izləyin