Ordu.az TASS informasiya agentliyinə istinadən xəbər verir ki, bu barədə Sakit Okean Donanmasının rəmsi nümayəndəsi Nikolay Voskresenski bildirib.
“Bu gün sərhəd qoşunlarının döyüş hazırlığı planı çərçivəsində Sakit Okean Donanmasının minə yaxın hərbi xidmətçisi üç müxtəlif poliqonda sahə tapşırıqlarının yerinə yetirilməsinə başlayıblar. Təlimlərdə böyük desant gəmiləri vasitəsilə poliqonlara gətirilən 200-ə yaxın döyüş və xüsusi texnikadan istifadə olunub”, - deyə Voskresenski qeyd edib.
Qeyd edək ki, Primorsk diyarında hərbi xidmətçilər taktiki döyüş bacarıqlarını “Bamburovo” və “Qornostay” poliqonlarında təkmilləşdirirlər. Kamçatkada isə “Radıgino” poliqonunda dəniz piyadaları döyüş zamanı hücuma keçmə və yeni BTR-82A-ların idarə olunması üzrə təlimlər keçiriblər.
Ağalar Qəribov
Ordu.az