Ordu.az “RİA Novosti” agentliyinə istinadən xəbər verir ki, bu barədə Rusiya Cənub Hərbi Dairəsi mətbuat xidmətinin rəhbəri Vadim Astafyev bildirib.
“Nəzərdə tutulan fikrə görə, qeyri-qanuni silahlı birləşmə Xəzər Dənizi Flotiliyası Qərargahının tutulması məqsədilə hücum həyata keçirib, dənizçilər isə bu antiterror fəaliyyətin qarşısını almalıdırlar”, - deyə Astafyev qeyd edib.
Bildirilir ki, şərti düşmənin hücumunun dəf edilməsi və məhvi zamanı partlayıcı qurğuları təqlid edən vasitələrdən və boş güllələrdən istifadə olunub.
Astafyevin sözlərinə görə, təlimlərdə 50-dən çox hərbi xidmətçi iştirak edib.
Ağalar Qəribov
Ordu.az