BMT baş katibi Yəməndə hərbi əməliyyatları dayandırmağa səsləyib

2017/12/248D8A79-F2B8-481D-B972-0908571C5852_cx0_cy10_cw0_w1023_r1_s3453_1511936448_1512377379.jpg
Oxunub: 458     16:49     04 Dekabr 2017    
“BMT baş katibi Antonio Quterriş Yəmənin paytaxtı Sənada və ölkənin digər regionlarında hərbi avtivliyin və aviazərbələrin artmasından narahatdır, həmçinin tərəfləri münaqişəni dayandırmağa səsləyir”.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə baş katibin xüsusi nümayəndəsi Stefan Dyucarrik bəyan edib.

“Qarşıdurmalar insanların hərəkətini məhdudlaşdırır və Sənada əsas xidmət orqanlarının fəaliyyətinə mane olur. Həkim briqadası yaralıların olduqları yerə gedə bilmir, insanlar isə yemək və digər ilkin fiziki tələbat məhsulları almaq üçün küçələrə çıxmaqdan məhrumdurlar. Humanitar işçilər milyonlarla yəmənlinin sağ qalmaq üçün köməyə ehtiyacı olduğu situasiyada həyat əhəmiyyətli proqramları realizə etmək üçün hərəkət məhdudluğu ilə üzləşir və nəticədə, işlərini görə bilmirlər. Baş katib bütün tərəfləri münaqişəni dayandırmağa səsləyir”, - deyə Dyucarrik bildirib.

BMT münaqişənin hərbi yolla həllinin mümkünsüz olması qənaətindədir və danışıqları yeniləmək məqsədilə Yəmən hökuməti və qiyamçıları BMT ilə əməkdaşlıq etməyə səsləyir.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Yəmən   BMT  


Bizi "telegram"da izləyin