Suriya ordusu Deyr əz-Zorda yeni ərazilər ələ keçirib

2017/12/13950813000406_PhotoI23423_1512373721.jpg
Oxunub: 421     15:46     04 Dekabr 2017    
Suriya ordusu bu gün Deyr əz-Zor vilayətinin cənub-şərqində İŞİD-in sığınacaqlarına zərbə endirərək 3 əhəmiyyətli yaşayış məntəqəsini ələ keçirib.

Ordu.az saytı “farsnews” xəbər agentliyinə istinadən bildirir ki, Suriya ordusu İŞİD-i Deyr əz-Zor vilayətinin cənub-şərqində əl-Səlahiyə, əl-Cədlə və Um Səba regionlarından çıxarıb.

Bazar günü Rus-KİVG-lərinin yaydığı məlumata görə, Suriya ordusu İŞİD-ə qarşı döyüşlərdə yük, əsgər, təkərli vasitələr daşıya bilən, quruda və dənizdə hərəkət edən PTS-2 hərbi vasitələrindən istifadə edəcək. Bu, Suriya qüvvələrinə Deyr-əz Zorun Fərat çayı hissəsində aparılan döyüşlər zamanı suda və əlverişsiz yollarda rahat hərəkətə imkan yaradacaq.

Hər biri 24 ton ağırlığa malik PTS-2-lər 12 ton ağırlığında yükü suda daşımaq qabiliyyətinə malikdir.

Müasir Rusiya istehsalı daşıyıcı vasitələr 7.62 millimetrlik pulemyotla təchiz edilib. Onlar quruda 60 km/saat, suda isə 12.9 km/saat sürətlə hərəkət edə bilir.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Deyr-əz-Zor   İŞİD   SQQ  


Bizi "telegram"da izləyin