Ordu.az “Vedemosti” agentliyinə istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Rusiyadakı yeni səfiri Con Hantsman bəyan edib.
“Rəqqadan və Fərat çayı ətrafında bütün əclafları qova bilərsiniz, lakin onlar yenidən təşkil oluna və resursları bərpa edə bilərlər. Buna görə də, vaxtından öncə ölkəni tərk etməklə bütün cəhdlərimizi uğursuzluğa düçar edə bilərik. Qoşunları çıxarmazdan öncə terrorizmlə mübarizəsinin uğurla tamamlandığından əmin olmaq lazımdır”, - deyə Hantsman bildirib.
O həmçinin qeyd edib ki, ABŞ qoşunlarının Suriyadan çıxmasının dəqiq tarixi haqqında məlumata sahib deyil.
“ABŞ prezidenti Donald Trampın işi tamamlamamış qoşunları çıxarmaq əmrini verməyəcəyindən əminəm”, - deyə Hantsman vurğulayıb.
Ağalar Qəribov
Ordu.az