Ordu.az NTV kanalına istinadən xəbər verir ki, barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib.
“Onlar (ABŞ – red.) aşkar şəkildə ölkəmizdəki həmmüəlliflər tərəfindən hazırlanan ssenariyə uyğun davranmadığımız üçün bizi cəzalandırmağa və nüfuzdan salmağa cəhd edirlər. Onlar bunu FETÖ ilə birlikdə edirlər. Lakin onlar bilməlidirlər ki, bizi aldada bilməyəcəklər”, - deyə Ərdoğan Ədalət və İnkişaf Partiyasının Ağrıda keçirilən yerli təşkilatının konfransında bildirib.
Dövlət başçısı həmçinin Vaşinqtonu PKK-nı dəstəkləməkdə günahlandırıb.
“Bu ssenarinin bir hissəsi ABŞ-da yaşayan Türkiyə vətəndaşlarına qarşı məhkəmələrdir... Ünvanımıza bu yalançı hücum və böhtandan ibarət hücum axını ölkəni diz üstə çökdürməyə və bizim cəmiyyətimizə parçalanma gətirməyə istiqamətlənib. Lakin bütün bu cəhdlər uğursuzluqla nəticələnəcək”, - deyə Türkiyə prezidenti vurğulayıb.
Xatırladaq ki, daha öncə Ərdoğan ABŞ-ı Yaxın Şərqdə terroru dəstəkləməkdə ittiham edərək Vaşinqtonun İŞİD-i dəstəkləməsini və Rəqqa şəhərindən terrorçuların çıxarılmasında iştirak etdiyini bildirib.
Ağalar Qəribov
Ordu.az