"SpaceX"in səhmləri ticarətin ilk günündə 19 % artıb

2026/05/1780112510.jpg
Oxunub: 198     02:28     13 İyun 2026    
İlon Maskın "SpaceX" şirkətinin səhmləri ticarətin ilk günündə 19 % artaraq sessiyanı 161 dollar səviyyəsində başa vurub.

Ordu.az-ın məlumatına görə, bunu ticarət platformasının məlumatları göstərir.

Cümə günü şirkət 555,6 milyon səhmini hər biri 135 dollara yerləşdirib. "Nasdaq" elektron birjasında ticarət 150 dollar səviyyəsində başlayıb, sessiya ərzində 176,5 dollaradək yüksəlib və sonra 161 dollara bağlanıb.

Bu fonda İlon Maskın xalis sərvəti ilk dəfə 1 trilyon dolları keçib. "Forbes"in məlumatına görə, onun xalis sərvəti 1,1 trilyon dollar olaraq qiymətləndirilir.

Dünyanın ən varlı insanları siyahısında ikinci yerdə "Google"un həmtəsisçisi Larri Peyc qərarlaşıb. Onun xalis sərvəti 294,1 milyard dollardır.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: SpaceX   Səhm  


Bizi "telegram"da izləyin