Britaniya Oman körfəzində gəmiçilik üçün təhlükə səviyyəsini azaldıb

2026/03/1773466996.jpg
Oxunub: 278     09:03     29 May 2026    
Oman körfəzində gəmiçilik üçün təhlükə səviyyəsi hazırda “kritik” səviyyədən “yüksək” səviyyəyə endirilib.

Ordu.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın Dəniz Ticarəti Əməliyyatları İdarəsi (UKMTO) məlumat yayıb.

Məlumatda qeyd olunub ki, bu qərar bölgədə hərbi dəniz fəaliyyətinin genişlənməsi və təhlükəsizliyin tənzimlənməsi tədbirləri fonunda qəbul edilib.

Bildirilib ki, Hörmüz boğazında gəmiçilik həcmləri hələ də əhəmiyyətli dərəcədə aşağı olaraq qalır, halbuki son 48 saat ərzində təhlükəsizliklə bağlı heç bir insident qeydə alınmayıb.

UKMTO-nun məlumatına görə, çərşənbə günü boğazdan cəmi üç gəmi keçib. Çərşənbə axşamı isə bu rəqəm yeddi olub. Halbuki hərbi əməliyyatlardan əvvəl gündəlik orta göstərici 138 gəmi təşkil edirdi.

Eyni zamanda boğazdan keçən marşrutların minalanması təhlükəsinin və peyk naviqasiya sistemlərinin fəaliyyətində nasazlıqların hələ də davam etdiyi vurğulanıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Britaniya   Oman   Gəmi  


Bizi "telegram"da izləyin