Ordu.az xəbər verir ki, bu barədə 2026-cı il mayın 28-də ABŞ Baş Prokurorunun səlahiyyətlərini icra edən Tod Blanş açıqlama verib.
“Cənab Kastro ilə bağlı, eləcə də bu ölkədən kənarda ittiham irəli sürülmüş istənilən şəxsə münasibətdə məqsəd həmin şəxsin ABŞ-yə gətirilməsidir”, - deyə o, “Fox News” telekanalının efirində bildirib.
Blanş qeyd edib ki, ABŞ buna Raul Kastronun ekstradisiyası yolu ilə nail olmağa çalışacaq.
O, həmçinin Venesuela Prezidenti Nikolas Maduroya qarşı tətbiq edilmiş üsula bənzər variantın da istisna edilmədiyini bildirib.
“Biz bunu necə edəcəyik? Maduro həddindən artıq nümunədir, lakin adətən bunu ekstradisiya yolu ilə həyata keçiririk”, - deyə Blanş vurğulayıb.
“The New York Times” qəzeti 2026-cı il mayın 16-da ABŞ hakimiyyətinin Kastroya qarşı təzyiq imkanlarını nəzərdən keçirdiyini yazmışdı. Nəşrin məlumatına görə, bu variantlar sırasında cinayət təqibi və sonradan onun ölkəyə gətirilməsi məsələsi də yer alır.
Mənbələr hesab edir ki, bu cür addımlar Havana üzərində siyasi təzyiq vasitəsi kimi istifadə oluna bilər.
Sevinc Əliyeva
Ordu.az