"Macarıstan Ukraynaya silah və hərbi texnika tədarük etməyəcək" - Baş Nazir

2026/05/1779509399.jpg
Oxunub: 254     02:45     29 May 2026    
Macarıstan Ukraynaya silah və hərbi texnika tədarük etməyəcəyi ilə bağlı NATO-nu məlumatlandırıb.

Ordu.az-ın məlumatına görə, bu barədə ölkənin yeni Baş naziri Peter Macyar Brüsseldə NATO-nun baş katibi Mark Rutte ilə görüşdən sonra sosial şəbəkə hesabında yazıb.

“Baş katibə məlumat verdim ki, Macarıstan münaqişə zonasına heç bir silah və ya hərbi texnika göndərməyəcək", - deyə Baş nazir bildirib.

O, eyni zamanda, Rutteni əmin edib ki, Macarıstan əvvəlki kimi dünyanın ən güclü hərbi və müdafiə alyansının etibarlı tərəfdaşı olacaq.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Macarıstan   Ukrayna  


Bizi "telegram"da izləyin