NBC: Tramp və Konqres Zelenskinin məktubuna cavab verməyib

2026/04/1777557510.jpg
Oxunub: 339     08:22     29 May 2026    
Ukrayna Prezidenti Volodimir Zelenski ölkənin hava hücumundan müdafiə sistemlərinin çatışmazlığı ilə bağlı ABŞ Prezidenti Donald Trampa və ABŞ Konqresinə göndərdiyi məktuba cavab almayıb.

Ordu.az xəbər verir ki, bu barədə "NBC News" məlumat yayıb.

Telekanalın məlumatına görə, ABŞ-dən gələn məktubla bağlı hələlik heç bir şərh alınmayıb.

Zelenski öz növbəsində məktubun çərşənbə axşamı Vaşinqtondakı qurumlara çatdırıldığını bildirib.

Qeyd edək ki, Zelenski hakim partiyadan olan Ali Rada deputatları ilə görüşdə bildirib ki, Amerika tərəfi raketləri kifayət qədər məhdud miqdarda satır, ona görə də bu istiqamətdə daha israrlı işləməyə çalışacaq.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Zelenski   Tramp   Konqres  


Bizi "telegram"da izləyin