Boliviya hakimiyyəti etirazlar fonunda prezidentin istefasını nəzərdən keçirmir

2026/05/1780029299.jpg
Oxunub: 308     02:05     29 May 2026    
Boliviya hökuməti kütləvi etirazlara baxmayaraq, prezident Rodriqo Pasın istefasını nəzərdən keçirmir.

Ordu.az-ın "Reuters"ə istinadən verdiyi məlumata görə, bunu Boliviya Prezidentinin ofisinin naziri Xose Luis Lupo bildirib.

O, dövlət başçısının istefası tələblərinin demokratik prinsiplərə zidd olduğunu bildirib.

Hakimiyyət orqanları vəziyyəti sabitləşdirmək və yanacaq, ərzaq və dərman təchizatını bərpa etmək üçün fövqəladə vəziyyət elan etməyi də istisna etməyib.

Boliviyada etirazlar bir neçə həftədir davam edir. Etirazçılar sərt iqtisadi tədbirlərə və qiymətlərin artmasına etiraz edirlər.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Boliviya   Etiraz  


Bizi "telegram"da izləyin