İranın Cəm şəhəri yaxınlığında düşmən PUA-sı vurulub

2025/04/1744610701.jpg
Oxunub: 513     01:11     29 May 2026    
İranın Cəm şəhəri ərazisində düşmənə məxsus pilotsuz uçuş aparatı məhv edilib.

Ordu.az xəbər verir ki, bu barədə İranın “Mehr” agentliyi məlumat yayıb.

Cəm rayonunun rəhbəri Məsud Tənqistaninin sözlərinə görə, hava hücumundan müdafiə sistemi gecə saatlarında “düşmən” kimi qiymətləndirilən hava hədəfini vurub.

O bildirib ki, hazırda bölgədə vəziyyət sakit və nəzarət altındadır.

Tənqistaninin sözlərinə görə, yerüstü ərazilərdə fövqəladə nəticələr və ya dağıntılar qeydə alınmayıb.

Hava hədəfinin tipi və hadisənin digər təfərrüatları ilə bağlı əlavə məlumat hələ açıqlanmayıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Buşehr   ABŞ   PUA  


Bizi "telegram"da izləyin