Şoyqu: “Ukraynada Rusiyaya qarşı faktiki olaraq 56 ölkə müharibə aparır”

2026/05/1779993570.jpg
Oxunub: 396     22:36     28 May 2026    
“Ukraynada Rusiyaya qarşı faktiki olaraq ümumilikdə 56 ölkə müharibə aparır və onlar pilotsuz uçuş aparatlarının uçuş tapşırıqlarını təmin edirlər”.

Ordu.az xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu jurnalistlərə açıqlamasında deyib.

Şoyqu Almaniya və Ukraynanın uzaqmənzilli pilotsuz uçuş aparatlarının birgə istehsalı ilə bağlı suala cavab verərkən bildirib ki, məsələ yalnız Almaniya ilə məhdudlaşmır.

“Mən burada Almaniyanı ayrıca qeyd etməzdim. Çünki ümumi şəkildə danışsaq, faktiki olaraq bizimlə 56 ölkə müharibə aparır. Burada söhbət təkcə həmin pilotsuz uçuş aparatlarından getmir”, - deyə Təhlükəsizlik Şurasının katibi vurğulayıb.

Onun sözlərinə görə, uzaqmənzilli pilotsuz uçuş aparatlarını idarəetmə sistemi və müasir peyk texnologiyaları olmadan təsəvvür etmək mümkün deyil.

“Siz idarəetmə sistemi olmayan uzaqmənzilli pilotsuz uçuş aparatını təsəvvür edə bilərsinizmi? Əlbəttə ki, yox. Müasir peyk sistemləri olmadan məlumat ötürülməsini də təsəvvür etmək mümkün deyil. Buna görə də burada peyk sistemləri iştirak edir”, - deyə Şoyqu qeyd edib.

O əlavə edib ki, bu sistemlər uçuş tapşırıqlarının yüklənməsi, hərəkət zamanı yönləndirmə və digər proseslərdə istifadə olunur.

“Buna görə də burada yalnız Almaniya deyil, bir çox ölkə iştirak edir”, - deyə Şoyqu bildirib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Şoyqu   Ukrayna  


Bizi "telegram"da izləyin