Ordu.az xəbər verir ki, bu barədə Latviya İctimai Televiziyası məlumat yayıb.
Latviya Seymi keçmiş Baş nazir Evika Silinanın iki həftə əvvəl ölkədə pilotsuz uçuş aparatlarının daxil olması ilə bağlı insidentlər səbəbindən istefa verməsindən sonra yeni hökumətin formalaşdırılmasına dəstək verib.
Parlament 66 səslə əleyhinə olan 25 səsə qarşı Andris Kulberqsi Latviyanın Baş naziri vəzifəsinə təsdiqləyib. Yeni koalisiya hökuməti “Birləşmiş Siyahı”, “Milli Alyans”, “Yeni Birlik” və “Yaşıllar və Fermerlər İttifaqı” partiyalarından ibarətdir.
Partiyalar birgə bəyanat yayaraq Ukraynaya dəstəyi davam etdirəcəklərinə və milli təhlükəsizlik məsələlərinə xüsusi diqqət yetirəcəklərinə söz veriblər. Məlumata görə, Bayba Braje xarici işlər naziri vəzifəsində fəaliyyətini davam etdirəcək.
“Xalq çox tez bir zamanda yaxşı və ya pis işlədiyimizi deyəcək. Oktyabrın 3-ü bu hökumət üçün hökm günü olacaq”, - deyə Baş nazir Andris Kulberqs bildirib.
Qeyd edək ki, Latviyada parlament seçkiləri oktyabrın 3-nə planlaşdırılıb.
Sevinc Əliyeva
Ordu.az