Maliki: "İranın təkliflərinin böyük hissəsi qəbul edilib"

2026/05/1779984570.jpg
Oxunub: 323     19:52     28 May 2026    
ABŞ ilə İran arasında danışıqlar prosesində irəliləyiş müşahidə olunub.

Ordu.az ISNA-ya istinadən xəbər verir ki, bunu İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komitəsinin üzvü Fədahüseyn Maliki deyib.

"Danışıqlar prosesində əhəmiyyətli irəliləyiş müşayiət olunub və İranın təkliflərinin böyük hissəsi qəbul edilib", - F. Maliki bildirib.

Onun sözlərinə görə, parlamentin sədri Məhəmmədbaqer Qalibaf və xarici işlər naziri Abbas Əraqçinin Qətərə səfəri çərçivəsində İranın dondurulmuş aktivləri də müzakirə edilib: "Maliyyə resurslarının sərbəst buraxılması məsələsində müsbət qiymətləndirmələr qeydə alınıb".

Qeyd edək ki, mayın 27-də Qətər danışıqları barədə məlumat yayılıb və ABŞ ilə İran arasında imzalanacaq memorandumun 14 bənddən ibarət olacağı açıqlanıb.

Mayın 28-də isə "Axios"da ABŞ və İranın anlaşma memorandumu ilə bağlı razılığa gəldiyi barədə informasiya yayılıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Maliki   İran  


Bizi "telegram"da izləyin