Erməni ekspert: “Tramp Paşinyanı ABŞ-də senator və ya ştat qubernatoruna verilən açıq siyasi dəstək formasında müdafiə edib”

2026/05/1779948948.jpg
Oxunub: 469     10:09     28 May 2026    
“ABŞ Prezidenti Donald Trampın Ermənistanda keçiriləcək seçkilər öncəsi sosial şəbəkədə etdiyi paylaşım müzakirələrə səbəb olub”.

Ordu.az xəbər verir ki, bu barədə beynəlxalq məsələlər üzrə erməni ekspert Suren Sarkisyan “Facebook” hesabında yazıb.

O bildirib ki, Trampa qədər ABŞ siyasətində belə addımlar adətən qəbul edilmiş praktika sayılmırdı.

“Adətən ABŞ prezidentləri digər ölkələrin seçkilərinə müdaxilə etmək və ya hansısa namizədi dəstəkləmək məsələsində ehtiyatlı davranırlar. Dəstək göstərdikləri hallarda belə bunu dolayı və incə formada edirlər. Məsələn, Barak Obama və ya Corc Buş kiçik dövründə belə idi”, - deyə Sarkisyan qeyd edib.

Onun sözlərinə görə, Tramp əvvəlki prezidentlərdən fərqli olaraq Paşinyanı ABŞ-də senator və ya ştat qubernatoruna verilən açıq siyasi dəstək formasında müdafiə edib.

Sarkisyan qeyd edib ki, Tramp onun bir gün əvvəl səsləndirdiyi fikirləri açıq şəkildə təsdiqləyib.

Erməni ekspertin fikrincə, Trampın təqdim etdiyi plana əsasən, bütün prosesin məqsədi Mərkəzi Asiya resurslarının TRIPP (Zəngəzur dəhlizi-red.) layihəsi vasitəsilə ixracıdır və bu, Tramp administrasiyasının Cənubi Qafqazdakı əsas prioritetlərindən biridir.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   ABŞ  


Bizi "telegram"da izləyin