Türkiyə səfirliyi Azərbaycanı Müstəqillik Günü münasibətilə təbrik edib

2026/05/1779943673.jpg
Oxunub: 285     07:17     28 May 2026    
Türkiyənin Azərbaycandakı Səfirliyi Azərbaycanı 28 May – Müstəqlillik Günü münasibətilə təbrik edib.

Ordu.az xəbər verir ki, bu barədə səfirliyin "X" hesabında paylaşım olunub.

"Kədəri və sevinci birlikdə bölüşdüyümüz qardaş Azərbaycanın Müstəqillik Gününü ən səmimi arzularımızla qeyd edirik.

"Bir millət, iki dövlət" anlayışı əsasında formalaşan müstəsna münasibətlərimizi ortaq tariximiz, möhkəm qardaşlığımız və qarşılıqlı əməkdaşlığımıza uyğun olaraq daha da inkişaf etdirməyə davam edəcəyik.

Müstəqillik Gününüz mübarək!", - paylaşımda qeyd olunub.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   Azərbaycan  


Bizi "telegram"da izləyin