İrakli Kobaxidze Gürcüstanın müsəlman icmasını Qurban bayramı münasibətilə təbrik edib

2025/02/1739203944.jpg
Oxunub: 423     21:25     27 May 2026    
Gürcüstanın Baş naziri İrakli Kobaxidze ölkənin müsəlman icmasını Qurban bayramı münasibətilə təbrik edib.

Ordu.az "Report"a istinadən xəbər verir ki, Baş nazirin yaydığı təbrik mesajında qeyd olunub ki, Gürcüstanda müsəlman icması ilə əsrlər boyu davam edən birgəyaşayış, qarşılıqlı hörmət və mədəni dəyərlərə ehtiram ölkənin güclü gələcəyinin əsasını təşkil edir.

"Bizim müsəlman həmvətənlərimizi xeyirxahlıq, qarşılıqlı yardım və ümid bayramı olan Qurban bayramı münasibətilə ürəkdən təbrik edirəm", - İrakli Kobaxidze bildirib.

Baş nazir vurğulayıb ki, Gürcüstanda müxtəlif dini icmalar arasında sülh və harmoniyanın qorunması mühüm əhəmiyyət daşıyır və bu ənənə ölkənin ən böyük dəyərlərindən biridir: "Bu gün ailələrinizdə hökm sürən bayram əhval-ruhiyyəsinə qoşuluram və hər birinizə sülh, firavanlıq və xoşbəxtlik arzulayıram".

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Kobaxidze   Gürcüstan   Qurban-bayramı  


Bizi "telegram"da izləyin