Peskov: “Putin və Tokayev Ermənistanla bağlı bəyanatın olub-olmayacağına özləri qərar verəcəklər”

2026/05/1779901972.jpg
Oxunub: 385     21:08     27 May 2026    
Qazaxıstanın paytaxtı Astanada keçiriləcək görüşdə Rusiya Prezidenti Vladimir Putin və Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Ermənistanın Avropa İttifaqına üzvlük istəyi məsələsini müzakirə edəcəklər.

Ordu.az xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov “Vesti” xəbər xidmətinə açıqlamasında bildirib.

Peskov qeyd edib ki, bu mövzu gündəmdə olacaq, lakin məsələ ilə bağlı hər hansı bəyanatın verilib-verilməyəcəyinə dövlət başçıları özləri qərar verəcəklər.

“İndi dövlət başçıları müzakirələrə başlayacaqlar və onlar artıq özləri qərar verəcəklər. Çünki bu mövzu, əlbəttə ki, gündəlikdə olacaq”, - deyə Peskov bildirib.

Qeyd edək ki, mayın 27-də Vladimir Putin üçgünlük səfərlə Qazaxıstana gəlib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Peskov   Putin   Tokayev  


Bizi "telegram"da izləyin