Kreml Ermənistanın AİB-ə üzvlüyü mövzusunun seçkilər üçün istifadə edilməsi iddialarını rədd edib

2026/05/1779884085.jpg
Oxunub: 478     21:02     27 May 2026    
“Ermənistanın Avropa İttifaqına üzvlük naminə Avrasiya İqtisadi Birliyindən mümkün çıxışı ilə bağlı müzakirələrin artması əsasən seçki kampaniyası ilə əlaqədardır”.

Ordu.az xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında bildirib.

Peskov qeyd edib ki, Ermənistanda tezliklə keçiriləcək seçkilər bu mövzuya diqqətin artmasının əsas səbəblərindən biridir.

“Erməni tərəfi və həmin siyasi qüvvə hesab edir ki, Avropayönlü kurs erməni cəmiyyətinə simpatiya doğuracaq”, - deyə Kremlin sözçüsü bildirib.

Bununla yanaşı, Peskov Moskvanın Avrasiya İqtisadi Birliyinə üzvlük məsələsindən Ermənistandakı seçkilərlə bağlı istifadə etdiyi barədə iddiaları qəti şəkildə rədd edib.

“Xeyr. Ermənistanda qanunu biz qəbul etməmişik. Ermənistan özü Avropa İttifaqına yönəlmək barədə qanun qəbul edib. Bu, sadəcə bəyanat deyil. Bunun bizə nə aidiyyəti var? Biz bununla əlaqələndiriləcək qədər kiçik deyilik. Bu, ikitərəfli hərəkət olan yoldur”, - deyə Peskov vurğulayıb.

O əlavə edib ki, Moskva və İrəvan üçün Avrasiya İqtisadi Birliyinə üzvlük qarşılıqlı fayda verir.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Kreml   Ermənistan   AİB  


Bizi "telegram"da izləyin