Ordu.az xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov “Vesti” xəbər xidmətinə açıqlamasında bildirib.
Onun sözlərinə görə, Ermənistanda ölkə rəhbərliyinin mövqeyini dəstəkləməyən siyasi qüvvələr fəaliyyət göstərir.
“Hər kəs bu baxışı bölüşmür. Ermənistanda belə yanaşma ilə razılaşmayan siyasi qüvvələr var. Həmin qüvvələr bizə simpatiya bəsləyir və biz bunu gizlətmirik”, - deyə Peskov bildirib.
O vurğulayıb ki, Moskva İrəvanla əməkdaşlığı həm də Rusiyanın rifahı naminə davam etdirmək istəyir.
“Çünki bizim üçün əsas məsələ öz rifahımızdır. Ermənistana bütün hörmət və sevgimizlə yanaşsaq da, bizim üçün əsas olan Rusiyadır. Amma eyni zamanda bu qarşılıqlı faydalı prosesdir. Bu, ermənilər üçün də sərfəlidir”, - deyə Kremlin sözçüsü qeyd edib.
Peskov əlavə edib ki, Ermənistan Rusiya üçün olub, var və bundan sonra da qardaş ölkə olaraq qalacaq.
O, Moskvanın İrəvanla tərəfdaşlığı yüksək qiymətləndirdiyini də vurğulayıb.
Alpər Mövludoğlu
Ordu.az