Kreml: Putinlə Şolts və Tramp arasında görüş planlaşdırılmır

2024/09/1725265858.jpg
Oxunub: 506     16:53     05 Yanvar 2025    
Hazırda Rusiya Prezidenti Vladimir Putinlə Almaniya federal kansleri Olaf Şolts və ya ABŞ-nin seçilmiş Prezidenti Donald Tramp arasında görüş planlaşdırılmır.

Ordu.az xəbər verir ki, bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov Almaniya Bundestaqının deputatı Roderix Kizevetterin bəyanatına münasibət bildirərkən deyib.

Qeyd edək ki, Kizevetter Şoltsun fevralın 23-dən əvvəl Moskvaya səfər edə biləcəyini və Trampla Putinin görüşünün “mart ayına planlaşdırıldığını” iddia edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Putin   Şolts   Tramp  


Bizi "telegram"da izləyin