Ordu.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi adlarının açıqlanmasını istəməyən iki ABŞ-li rəsmiyə istinadən məlumat yayıb.
Bildirilib ki, Böyük Britaniyanın Dəniz Ticarəti Əməliyyatları Agentliyi (UKMTO) gəminin Omanın Dəhit limanından 7,5 dəniz mili cənub-şərq istiqamətində sağ bortundan zərbə aldığını açıqlayıb.
Xatırladaq ki, daha əvvəl İran İslam İnqilabı Keşikçiləri Korpusu Hörmüz boğazından təhlükəsiz keçidin yalnız İranın müəyyən etdiyi marşrutlar vasitəsilə mümkün olacağını bəyan etmiş, bu tələblərə əməl etməyən gəmilərə qarşı tədbirlər görüləcəyini bildirmişdi.
Sevinc Əliyeva
Ordu.az