Seçkilərin nəticələri: Ermənistanın müdafiə naziri qanunsuz əmr imzalayıb

2026/06/1782450693.jpg
Oxunub: 219     09:08     26 İyun 2026    
“Seçkiqabağı mərhələdə siyasi proseslərdən kənarda qalmalı olan ordunun və müdafiə sisteminin siyasiləşdirildiyi, “Vətəndaş Müqaviləsi” partiyasının maraqlarına uyğun fəaliyyət göstərdiyi müşahidə olundu”.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” nəşri yazıb.

Nəşrin məlumatına görə, Ermənistanın müdafiə naziri Suren Papikyan fəal təbliğatçıya çevrilsə də, onun doğulduğu Stepanavanda “Vətəndaş Müqaviləsi” partiyası ən az səs toplayıb.

“seçkiqabağı dövrdə 25 günlük hərbi təlim toplanışlarından siyasi alət kimi istifadə olunub və bu tədbirlər xaricdən Ermənistana gələn vətəndaşlara, eləcə də müxalifət nümayəndələrinə qarşı təzyiq vasitəsinə çevrilib.

Ordu mayın 28-də keçirilən hərbi parad zamanı da təbliğat məqsədləri üçün istifadə edilib. Bundan başqa, səsvermə günü zabitlər hərbçiləri kolona düzərək seçki məntəqələrinə aparıblar və bu proses bəzi hallarda səsvermə vaxtı başa çatdıqdan sonra da davam edib”, - deyə nəşr yazıb.

Nəşrin iddiasına görə, seçkilərdən sonra da ordu ilə bağlı araşdırmalar aparılır.

“Məlumata əsasən, hərbi hissələrdən birində səsvermənin nəticələri hakimiyyəti qane etmədiyi üçün hazırda hərbi rəhbərlik hansı komandirin tabeliyində olan məntəqədə “pis” nəticələrin qeydə alındığını araşdırır”, - deyə məlumatda bildirilir.

Nəşr iddia edir ki, bu istiqamətdə ən fəal işləyən şəxslərdən biri İkinci Ordu Korpusunun komandiri, əsilli Cavaxetiyadan olan general Qaregin Poğosyan olub.

“Bundan əlavə, Stepanavanda “Çiçəklənən Ermənistan” Partiyasının üzvü olan bir qadının peşəkar hərbçi kimi xidmət edən iki oğlunun ordudan tərxis edilməsi barədə müdafiə naziri Suren Papikyanın qanunsuz əmr imzaladığı da bildirilir”, - deyə nəşr vurğulayıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Seçki   Papikyan  


Bizi "telegram"da izləyin