Ordu.az xəbər verir ki, bu barədə fond bəyanat yayıb.
Bəyanatda bildirilib ki, ilkin məlumata əsasən, iyunun 29-da UNICEF-in Kopenhagen şəhərində yerləşən qlobal təchizat mərkəzindən yola düşəcək təyyarə Venesuelaya 48 ton tibbi avadanlıq, su təchizatı, sanitariya və gigiyena vasitələri çatdıracaq.
Humanitar yüklərə əlil arabaları, çadırlar, ilkin tibbi yardım çantaları və suyun təmizlənməsi üçün tabletlər daxildir.
“UNICEF-in yerli komandaları hadisə yerində fəaliyyət göstərir və uşaqlara, eləcə də ailələrə həyati əhəmiyyət daşıyan yardım göstərirlər”, - deyə fondun açıqlamasında qeyd olunub.
Xatırladaq ki, Venesuelada zəlzələ iyunun 24-ü axşam saatlarında baş verib. Təxminən 40 saniyə fərqlə 7,2 və 7,5 bal gücündə iki yeraltı təkan qeydə alınıb. Zəlzələlərin episentrləri Yarakuy ştatında bir-birindən 10 km məsafədə yerləşib.
Təbii fəlakətdən sonra təxminən 30 afterşok qeydə alınıb. Venesuelanın səhiyyə naziri Karlos Alvaradonun sözlərinə görə, zəlzələ nəticəsində 235 nəfər həlak olub, 4300-dən çox insan yaralanıb.
Onlarla bina dağılıb. Venesuela hakimiyyəti ölkədə fövqəladə vəziyyət elan edib, La Quayra sahilyanı ştatı isə fəlakət zonası elan olunub.
Sevinc Əliyeva
Ordu.az