Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın ABŞ-dəki səfirliyi məlumat yayıb.
Məlumata görə, bəyanat “Pax Silica” sammiti çərçivəsində imzalanıb. Bildirilib ki, bu tərəfdaşlıq hər iki ölkənin rifahın, iqtisadi təhlükəsizliyin və texnoloji tərəqqinin inkişafına xidmət edəcək etibarlı və innovativ süni zəka gələcəyinin qurulmasına dair ortaq öhdəliyini əks etdirir.
“Birgə bəyanat üç əsas istiqamətə əsaslanır. Bunlardan birincisi innovasiyaları təşviq edən tənzimləyici mexanizmlərin inkişafıdır. Bu çərçivədə süni zəka sahəsində innovasiyaları, investisiyaları, sahibkarlığı, etibarlı süni zəka ekosistemlərinin təhlükəsiz sınağını, tətbiqini və genişləndirilməsini təşviq edən siyasətlərə və maraqlı tərəflərə dəstək göstərilməsi nəzərdə tutulur.
İkinci istiqamət süni zəka sahəsində geniş əməkdaşlığın gücləndirilməsidir. Buraya enerji infrastrukturu, kritik faydalı qazıntılar, ixtisaslı işçi qüvvəsi və yarımkeçiricilərin dayanıqlı təchizat zəncirləri də daxil olmaqla gələcəyin süni zəka təchizat zəncirlərinin inkişafı üzrə əməkdaşlığın dərinləşdirilməsi daxildir.
Üçüncü istiqamət isə özəl sektorun fəal iştirakının təmin edilməsidir. Bu çərçivədə vençur və texnologiya investisiyalarının artırılması, tədqiqat və inkişaf tərəfdaşlıqlarına, yeni nəsil məlumat mərkəzlərinə, süni zəka hesablama imkanlarına çıxışa və etibarlı süni zəka modellərinin hazırlanmasına dəstək verilməsi planlaşdırılır”, - deyə məlumatda bildirilib.
Bəyanatda qeyd olunur ki, Ermənistan və ABŞ sahibkarlıq, innovasiya və qanunun aliliyi kimi ortaq dəyərlərə əsaslanan, hər iki xalqın maraqlarına xidmət edəcək və iqtisadiyyatları gücləndirəcək süni zəka gələcəyi qurmağı qarşılarına məqsəd qoyublar.
“AB imkanları üzrə tərəfdaşlıq” adlı birgə bəyanatı üzv dövlətlərlə yanaşı, müşahidəçi qismində dəvət olunmuş digər ölkələr də imzalayıblar.
Alpər Mövludoğlu
Ordu.az