Ermənistanda vəzifə uğrunda mübarizə başlayıb: “Vətəndaş Müqaviləsi” partiyasının parlament fraksiyasına kim rəhbərlik edəcək?

2026/06/1782450734.jpg
Oxunub: 216     09:11     26 İyun 2026    
“Vətəndaş Müqaviləsi” partiyasının İdarə Heyəti parlament sədri vəzifəsinə üç namizəd, yəni Alen Simonyan, Ruben Rubinyan və Hayk Koncoryan arasından seçim etsə də, partiyanın parlament fraksiyasının rəhbəri postu uğrunda da az gərgin olmayan rəqabət yaşanır”.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” nəşri yazıb.

Nəşrin məlumatına görə, partiya daxilində bu məsələ ilə bağlı hələ yekun qərar qəbul edilməyib və kulislərdə müxtəlif namizədlərin adları müzakirə olunur.

“Mənbələrin sözlərinə görə, Alxas Qazaryandan Vahaqn Aleksanyana qədər bir çox şəxs bu vəzifəyə iddialıdır. Lakin partiya daxilində hamı yaxşı bilir ki, formal səsvermə keçirilsə belə, son qərarı verən yeganə şəxs Nikol Paşinyandır”, - deyə məqalədə qeyd olunub.

Nəşr yazır ki, siyasi dairələrdə Paşinyanın 2018-ci ildən sonra olduğu kimi, bu dəfə də parlament fraksiyasının rəhbərliyini ABŞ-nin keçmiş səfiri Lilit Makuntsa həvalə edə biləcəyi barədə fikirlər səsləndirilir.

“Paşinyan Makuntsa etibar etdiyi üçün onun namizədliyinin irəli sürülməsi ehtimalı yüksək qiymətləndirilir”, - deyə nəşr vurğulayıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Rubinyan   Simonyan   Koncoryan  


Bizi "telegram"da izləyin