Ordu.az xəbər verir ki, bu barədə TASS agentliyinə Rusiyanın Kənd Təsərrüfatı Nəzarəti Federal Xidməti məlumat verib.
Qurumdan bildirilib ki, əvvəllər aşkar edilmiş pozuntular aradan qaldırılanadək daha iki Ermənistan müəssisəsinin məhsullarının sertifikatlaşdırılması müvəqqəti dayandırılıb. Bununla da Ermənistandan Rusiyaya balıq məhsullarının bütün tədarükü dayandırılıb.
Qeyd olunub ki, daha əvvəl sistemli pozuntular aşkar edildikdən sonra Rusiya tərəfi Ermənistanın aidiyyəti qurumundan “MF Export” MMC və “İnvest Plyus” MMC istisna olmaqla, bütün balıq məhsullarının sertifikatlaşdırılmasını müvəqqəti dayandırmağı xahiş etmişdi. Həmin müəssisələrə münasibətdə gücləndirilmiş laboratoriya nəzarəti rejimi tətbiq olunmuşdu.
Qurum bildirib ki, sonradan materialların təhlili nəticəsində ilkin hesabat hazırlanıb və aşkar edilmiş pozuntular aradan qaldırılanadək, eləcə də bunu təsdiqləyən zəruri sənədlər təqdim olunanadək həmin müəssisələrin məhsullarının sertifikatlaşdırılmasının müvəqqəti dayandırılması barədə qərar qəbul edilib.
Rusiya Kənd Təsərrüfatı Nəzarəti Federal Xidməti vurğulayıb ki, qurum Rusiya bazarına tədarük olunan balıq və balıq məhsullarının təhlükəsizliyinin təmin edilməsi istiqamətində Ermənistan tərəfi ilə işi davam etdirir.
Alpər Mövludoğlu
Ordu.az