Ordu.az "Report"a istinadən xəbər verir ki, Müzəffər Azərbaycan Ordusunun hərbi qulluqçuları marş sədaları altında addımlayarkən, hərbi orkestrlərin ifa etdiyi vətənpərvərlik ruhlu musiqilər tədbir iştirakçıları tərəfindən böyük maraq və gurultulu alqışlarla qarşılanıb.
Xatırladaq ki, yürüşlər və hərbi orkestr proqramları Sumqayıtla yanaşı, Bakı, Gəncə, Naxçıvan, Bərdə, Xankəndi, Laçın və Şuşa şəhərlərinin mərkəzi küçə, prospekt və meydanlarında da təşkil olunub.
Ordu.az