İtaliya və Fransa Livana dəstək üçün koalisiya yaradacaq

2026/06/1782455669.jpg
Oxunub: 186     10:33     26 İyun 2026    
İtaliya və Fransa BMT-nin Livandakı Müvəqqəti Qüvvələrinin (UNIFIL) mandatı başa çatdıqdan sonra Livana dəstək göstərmək məqsədilə koalisiya yaratmaq barədə razılığa gəlib.

Ordu.az xəbər verir ki, bu barədə İtaliyanın Baş naziri Corcia Meloni Antib şəhərində keçirilən sammitdən sonra təşkil olunan mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, Livandakı böhranlı vəziyyət fonunda İtaliya və Fransa həlledici rol oynaya bilər.

“BMT-nin Livandakı missiyasının mandatı ilin sonunda başa çatır. Biz Livana dəstək göstərmək və missiyanın başa çatmasından sonra fəaliyyət planı hazırlamaq üçün koalisiya yaratmaq qərarına gəldik”, - deyə Meloni bildirib.

Baş nazir qeyd edib ki, yaxın vaxtlarda Livandakı vəziyyətlə bağlı beynəlxalq konfransın da keçirilməsi planlaşdırılır.

O əlavə edib ki, əsas məqsəd bu mühüm regionda təhlükəsizlik təminatlarının yaradılması olacaq.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İtaliya   Fransa   Livan  


Bizi "telegram"da izləyin