Maqdalena Qrono Azərbaycan rəsmiləri ilə danışıqlarda müzakirə olunan məsələləri açıqlayıb

2026/06/1782456341.jpg
Oxunub: 226     10:37     26 İyun 2026    
Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Maqdalena Qrono Bakıya səfəri zamanı Azərbaycan rəsmiləri ilə görüşlərində regional prosesləri, Aİ-Azərbaycan münasibətlərini, eləcə də Azərbaycan və Ermənistan arasında sülh prosesinin perspektivlərini müzakirə edib.

Ordu.az xəbər verir ki, bu barədə Maqdalena Qrono "X" sosial şəbəkəsindəki səhifəsində yazıb.

"Yenidən Bakıda olmaqdan və azərbaycanlı həmkarlarım, o cümlədən Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov, eləcə də xarici işlər nazirinin müavini Elnur Məmmədovla intensiv məsləhətləşmələr aparmaqdan məmnunam.

Müzakirələrimiz regional prosesləri, Aİ-Azərbaycan münasibətlərini, nəqliyyat bağlantısı sahəsindəki imkanları, Azərbaycan-Ermənistan sülh prosesini, habelə Avropa İttifaqının Azərbaycan və Ermənistanla qarşıdan gələn yüksək səviyyəli qarşılıqlı fəaliyyətini əhatə edib. Biz iki ölkə arasında davamlı sülhə gedən yolda əldə edilmiş tarixi nəticələrin dinamikasının qorunmasının vacibliyi ilə bağlı razılığa gəldik. Avropa İttifaqı bu prosesə dəstəyini davam etdirəcək", - Aİ-nin xüsusi nümayəndəsi qeyd edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Azərbaycan    


Bizi "telegram"da izləyin