Pentaqon döyüşlərdə süni intellektdən istifadə doktrinasını yenidən nəzərdən keçirib

2026/04/1777534670.jpg
Oxunub: 183     08:20     26 İyun 2026    
ABŞ-nin Müdafiə Nazirliyi döyüş üçün hədəfləri müəyyən etmək üçün doktrinasını yenidən nəzərdən keçirib və bu, süni intellektin bu prosesdə genişləndirilmiş rol oynamasına imkan verib.

Ordu.az-ın xəbərinə görə, bu barədə Pentaqonun daxili sənədləri ilə tanış olan "Bloomberg" agentliyi məlumat verib.

Məlumata görə, yenilənmiş doktrina süni intellektin insan nəzarəti altında hərəkətlərə başlaya biləcəyi sistemlərə keçidə imkan verir. Hazırda mövcud qaydalara əsasən, hər hansı hərəkətə başlamaq qərarı insan tərəfindən qəbul edilir.

Sənəddə qeyd edilir ki, texnoloji irəliləyişlər və müasir döyüşün tempi ABŞ Silahlı Qüvvələrindən tam əlahiddə sistemlərdən istifadə olunmasını tələb edə bilər.

ABŞ Silahlı Qüvvələrinin Birləşmiş Qərargah Rəisləri Komitəsinin nümayəndəsi "Bloomberg"ə bildirib ki, doktrinaya olunan dəyişikliklər uzun illər davam edən hərtərəfli işin nəticəsidir və müxtəlif kontekstlərdə qazanılan təcrübəni nəzərə alır.

Öz növbəsində, Pentaqon nümayəndəsi vurğulayıb ki, nazirliyin istifadə etdiyi süni intellekt texnologiyaları hazırda hədəfləri müstəqil şəkildə seçmir və ya onlarla mübarizə aparmır, hər bir qərar üzərində son nəzarət komandanlıqda qalır.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Pentaqon   ABŞ  


Bizi "telegram"da izləyin