Ermənistan MSK sədri suala cavab verib: Erməni oliqarxın toxunulmazlığı ləğv ediləcək?

2026/06/1782459755.jpg
Oxunub: 174     11:36     26 İyun 2026    
Ermənistan Mərkəzi Seçki Komissiyasının sədri Vahaqn Hovakimyan “Çiçəklənən Ermənistan” Partiyasının sədri, erməni oliqarx Qaqik Tsarukyanın toxunulmazlığının ləğv olunub-olunmayacağı ilə bağlı sualı cavablandırmaq istəməyib.

Ordu.az xəbər verir ki, o, bu barədə Konstitusiya Məhkəməsinin binası qarşısında jurnalistlərə açıqlamasında danışıb.

“Biz müraciəti almışıq və bu barədə məlumat vermişik. Qalan məsələlər isə sonrakı mərhələdə bəlli olacaq”, - deyə Hovakimyan bildirib.

O, jurnalistlərin digər suallarını cavablandırmayıb.

Qeyd edək ki, daha əvvəl Ermənistan KİV-ləri Baş Prokurorluğun Qaqik Tsarukyan barəsində cinayət təqibinin başlanmasına razılıq verilməsi üçün Mərkəzi Seçki Komissiyasına təqdimat göndərdiyini yazmışdı.

Söhbətin hansı cinayət işi ilə bağlı getdiyi isə Baş Prokurorluq tərəfindən açıqlanmayıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   MSK   Tsarukyan  


Bizi "telegram"da izləyin