RMF FM: Varşavada yüngülmühərrikli təyyarə qəzaya uğrayıb, iki nəfər ölüb

2026/06/1782459794.jpg
Oxunub: 235     11:39     26 İyun 2026    
Polşanın paytaxtı Varşavadakı Bemovo hava limanında yüngülmühərrikli təyyarənin qəzaya uğraması nəticəsində pilot və sərnişin həlak olub.

Ordu.az xəbər verir ki, bu barədə RMF FM radiostansiyası məlumat yayıb.

Məlumata görə, hadisə zamanı uçuş-enmə zolağında olan hava limanının daha bir əməkdaşı müxtəlif xəsarətlər alıb.

Bildirilib ki, qəza təyyarənin eniş etməyə cəhd göstərdiyi vaxt baş verib. Yerə çırpıldıqdan sonra hava gəmisi tamamilə yanıb.

Qəzaya uğrayan təyyarənin tipi açıqlanmayıb.

Hazırda hadisənin başvermə səbəbləri araşdırılır.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Varşava   Təyyarə   Qəza  


Bizi "telegram"da izləyin