Tramp zəlzələdən sonra ABŞ-nin Venesuelaya kömək etməyə hazır olduğunu bildirib

2026/01/1769008045.jpg
Oxunub: 192     07:04     26 İyun 2026    
ABŞ Prezidenti Donald Tramp Vaşinqtonun dağıdıcı zəlzələdən sonra Venesuelaya yardım göstərəcəyini açıqlayıb.

Ordu.az-ın məlumatına görə, Amerika lideri bu açıqlamanı Ağ Evdə keçirilən tədbirdə verib.

"Yeri gəlmişkən, dünən gecə Karakasda çox güclü zəlzələ baş verdi, oxuduğunuz kimi, çox güclü idi, amma biz onlara kömək edəcəyik", - ABŞ Prezidenti bildirib.

Venesuelada zəlzələ nəticəsində ölənlərin sayı artaraq 188 nəfərə çatıb, daha 1 520 nəfər yaralanıb. Bolivar Respublikası Milli Assambleyasının sədri Xorxe Rodrigesin sözlərinə görə, təxminən 157 nəfər itkin düşmüş hesab olunur, 200-dən çox insan 250-yə yaxın binanın dağıntıları altındadır.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tramp   ABŞ   Venesuela  


Bizi "telegram"da izləyin