Türkiyəli ekspert: "Qərb Ermənistanı yeni müharibəyə təhrik edir"

2024/06/ab28d-1719408244.jpg
Oxunub: 266     17:11     26 İyun 2024    
Qərb Ermənistanı müntəzəm şəkildə silahlandıraraq yeni müharibəyə təhrik edir.

Ordu.az xəbər verir ki, bunu “Haber7”ə açıqlamasında Ankara Hacı Bayram Vəli Universitetinin dosenti, siyasi analitik Oğuzhan Bilgin deyib.

“Qarabağ müharibəsindən zəfərlə çıxdıq, amma qarşımızda hələ də Ermənistanı silahlandıran Qərb var”, - o bildirib.

Analitikin sözlərinə görə, dünyanın müxtəlif regionlarında fərqli gərginlik ocaqları var: “Həyəcan siqnalı yuxarı həddədir. Hər addım böyük bir müharibəyə aparır”.

Ekspert onu da qeyd edib ki, Üçüncü Dünya müharibəsinin başlanması ehtimalı heç də az deyil.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Qərb   Ermənistan  


Bizi "telegram"da izləyin