Erməni sədr: “Ermənistan hakimiyyəti Ermənistan üçün dağıdıcı olacaq və Rusiyanı bölgədən çıxaracaq ssenari hazırlayır”

2024/06/1719649596.jpg
Oxunub: 430     16:30     29 İyun 2024    
“Ermənistanın təhlükəsizliyinə iki təhdiddən danışan Paşinyan əsas təhlükənin, yəni öz hakimiyyətinin adını çəkməyi unudub”.

Ordu.az xəbər verir ki, bunu Rusiya Erməniləri Birliyinin sədri Ara Abrahamyan Ermənistan hakimiyyətinin son açıqlamalarını şərh edərkən deyib.

“2018-ci ildə yalan vədlər və manipulyasiya texnologiyaları sayəsində hakimiyyətə gəlməsəydilər, bu gün Qarabağ Ermənistanın nəzarəti altında qalardı, İlham Əliyev isə yumruq silkələyib, Paşinyanı və erməni xalqını açıq şəkildə aşağılamazdı, “Qarabağ rəhbərləri” (separatçılar-red.) və “əsirlər” (diversantlar-red.) indi Bakıda həbsxanalarda oturmazdılar, Ermənistanın suverenliyi və onun tanınmış sərhədləri məsələsi müzakirə mövzusu olmazdı. 2018-ci ilə qədər Ermənistan müəyyən daxili siyasi və sosial problemləri olsa da, beynəlxalq münasibətlərin tam subyekti, hamı tərəfindən tanınan və hörmət edilən dövlət idi”, - deyə Abrahamyan qeyd edib.

Rusiya Erməniləri Birliyinin sədri bildirib ki, Ermənistan hakimiyyəti Ermənistan üçün dağıdıcı olacaq və Rusiyanı bölgədən çıxaracaq ssenari hazırlayır.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Ermənistan  


Bizi "telegram"da izləyin